“Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Kardiologiya İnstitutu tərəfindən ağacəkmə aksiyası keçirilib
23 Noyabr 2023, 12:00 - Tədbirlər
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “KRKA” farmokoloji şirkətinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada ETKİ əməkdaşları tərəfindən onlarla ağac əkilib. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Bu gün də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Paylaş:
Baxış sayı: 282