“Hipertrofik Kardiomiopatiya” mövzsununda klinik halın təqdımatı
Sentyabrın 8-də akad. C. Abdullayev ad. Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik halın təqdımatı keçirilib.
İnstitutun kardioloq-həkimi Rəşad Əliyev “Hipertrofik Kardiomiopatiya” mövzsununda çıxış edib. Qeyd olunub ki, hipertrofik kardiomiopatiya miokardın birincili zədələnməsi olub, sol mədəciyin hipertpofiyası, sol mədəcik ölçülərinin normal qalması, yaxud azalması, diastolik funksiyanın kəskin pozulması və bir çox hallarda ürəyin ritm pozğunluqlarının meydana çıxması ilə səciyyələnən xəstəlikdir.
Tədbirdə müəsissənin elmi və tibbi heyyəti iştirak edib. Mövzu böyük maraqla qarşılanıb və sonda elmi müzakirə aparılıb.