“Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirilib
22 Yanvar 2020, 10:00 - Konfranslar

“Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarı giriş sözü ilə açan akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru t.e.d. Gülnaz xanım Dadaşova və Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov açıb. Onlar insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının ilk növbədə ürək-damar sisteminə mənfi təsir göstərməsini, bu gün insanların ruhi, mənəvi problemlərinin aradan qaldırılmasının vacib olmasını diqqətə çatdırıblar.


Sonra Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun psixiatrı “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının erkən aşkarlanması-pilot layihənin nəticələri” mövzusunda çıxış edib. Eyni zamanda psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat verilib.

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda elmi-praktik seminarın günün tələbinə uyğun olması, istər kardioloq, istərsə də psixiatrlar üçün böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.


Paylaş:
Baxış sayı: 437