1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq qeyd edilir. Bu gün gələcəyə ümidlərlə baxan, xoş xəyallar içində böyüyən uşaqların bayramıdır.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə institutun kollektivi Uşaqlar İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin kiçik sakinləri ilə mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevrilən uşaq və yeniyetmələrlə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.