17-19 aprel tarixlərində Qırğızıstanın Bişkek şəhərində Kardiologiya və Daxili Xəstəliklərdə İnovasiyalar və Texnologiyalar adlı beynəlxalq elmi Forum keçirilir
19 Aprel 2025, 09:00 - Tədbirlər

17-19 aprel tarixlərində Qırğızıstanın Bişkek şəhərində Kardiologiya və Daxili Xəstəliklərdə İnovasiyalar və Texnologiyalar adlı beynəlxalq elmi Forum keçirilir.
Tədbir Qırğızıstan Səhiyyə Nazirliyi və Akademik M.Mirrəhimov adına Milli Kardiologiya və Terapiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru, professor Gülnaz Dadaşova qeyd olunan tədbirə fəxri qonaq eyni zamanda açılış mərasimində və elmi sessiyada çıxışçı qismində qatılıb.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Kardiologiya və Terapiya Mərkəzi arasında saziş imzalanıb.
Forumun 3-cü günü ETKİ-nin Arterial Hipertenziya şöbəsinin müdiri, professor Tofig Cahangirov elmi sessiyada çıxış edib.
Forumda 37 ölkədən ekspertlər iştirak edib ki, bu da onun beynəlxalq miqyasını vurğulayır. Forumun əsas məqsədi MDB ölkələrinin, Avropa İttifaqının, Böyük Britaniyanın və Asiya-Sakit okean regionunun tibb müəssisələrinin ucqar kənd yerlərində xəstəliklərin profilaktikasının yaxşılaşdırılması və əlçatan tibbi yardımın göstərilməsi üçün səylərini birləşdirməkdir.


Paylaş:
Baxış sayı: 5