17 May- Ümumdünya Arterial Hipertenziya gününə həsr edilən dəyirmi masa
17 May 2024, 13:00 - Tədbirlər

Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən 17 May- Ümumdünya Arterial Hipertenziya Gününə həsr edilən "Arterial hipertenziyaya multidissiplinar yanaşma"  mövzusunda dəyirmi masa keçirilib.Aparıcı mütəxəssislərin iştirakı ilə baş tutan tədbir ETKİ-nin direktoru,professor Gülnaz Dadaşovanın açılış nitqi ilə başlayıb.Professor qeyd edib ki, hipertoniya hazırda cəmiyyətdə geniş yayılan xəstəliklərdən biridir.Bu xəstəliklə mübarizənin önəmliliyi və belə bir tədbirlərin müsbət təsiri haqqında vurğulanıb. Açılış nitqindən sonra hipertoniya haqqında video çarxlar nümayiş olunub. Tədbirdə prof.Tofiq Cahangirovun "Arterial Hipertenziya hələ də davam edir", prof.Valeh Mirzəzadənin "Şəkərli diabetdə arterial hipertenziyanın farmakoterapiyası", Dr.Orxan Quliyevin "Hipertenziyaya Nefroloji yanaşma", Dr.Samir Allahverdiyevin "Rezistiv arterial hipertenziyada renal denervasiya" mövzularında çıxışları ilə davam edib. Təqdimatın sonunda geniş müzakirələr aparılıb,suallar cavablandırılıb.

Paylaş:
Baxış sayı: 272