21-24 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Ürək-damar Cərrahiyəsi Cəmiyyətinin 18-ci Milli Konqresi keçirilir.
Tədbirdə təşkil olunan simpozium və interaktiv kurslarda dünyanın müxtəlif ölkələrindən gələn aparıcı mütəxəssislər kardiologiyada yeniliklər haqqında məruzələr ilə çıxış edirlər.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova qeyd olunan tədbirdə iştirak edir.