21-24 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Ürək-damar Cərrahiyəsi Cəmiyyətinin 18-ci Milli Konqresi keçirilir. Tədbirə bizim ölkədən 40 nəfərdən artıq kardiocərrah qatılıb.
Tədbirin növbəti “Türk Dövlətlərinin Kardiovaskulyar Zirvəsi” adlı oturumun açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova türk dövlətləri dostluğunun önəmliyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bu sahədə apardığı siyasətə görə öz təşəkkürünü bildirib. Professor qeyd edib ki, 2024-cü il tarixində Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Türk Dövlətlərinin 1ci Qurultayı və 1ci Kardioonkoloji Konqresi keçirilib. Hər iki tədbirə 1000-dən artıq türk dövlətlərindən mütəxəssis iştirak edib.
Açılış mərasimində həmçinin professor, Dr. Kamran Musayev və t.e.d., Dr. Rəşad Mahmudov çıxış ediblər.
Tədbirdə təşkil olunan simpozium və interaktiv kurslarda dünyanın müxtəlif ölkələrindən gələn aparıcı mütəxəssislər kardiologiyada yeniliklər haqqında məruzələr ilə çıxış edirlər.