3 günü əhatə edən konfrans çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları təşkil olunub
2-4 fevral 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş “KardioOnkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq Elmi-praktik Konfrans keçirilir.
4 fevral Abşeron Mariott Otelində KardioOnkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq Elmi-praktik Konfransın açılışı keçiriləcək. Konfrans öz işinə saat 09:00-da başlayacaq.
3 fevral Elmi-Tədqiqat Kardiologiya İnstitutunda EXO-KQ kursu təşkil olunub və tədbir t.ü.f.d. Cəfərov Rasim, prof. Dr. Elif Eroğlu, Dr.Fuad Səmədov və Dr. Mehriban Sadıxova moderatoluğu ilə keçirilib. Exokardioqrafiya, ürək ritminin pozulması,ürəyin anatomik əsasları mövzularında məruzələr dinlənilib. Praktik-interaktiv məşğələlər keçirilib. Kurs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 6 DTT (CME) verilməklə akkreditasiya olunmuşdur.
Həmin gün İ.M.Seçenov ad. Birinci Moskva Dövlət Tib Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Təxirəsalınmaz vəziyyətlər-klinik situasiyalar” kursu keçirilmişdir. Kursunun moderatorları Dr.Zəhra Vəzirova və Dr. Nərmin Əzizova. Kurs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 4 DTT (CME) verilməklə akkreditasiya olunmuşdur.
Hər iki kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Ümumilikdə 3 günü əhatə edən konfrans çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.