25-28 avqust tarixində Amsterdam şəhərində Avropa Kardiologiya Cəmiyyətinin ürək-damar xəstəlikləri üzrə dünyanın ən böyük konqresi keçirilir. Tədbir proqramı gündəlik kardiologiya praktikasını təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova və institutun bir sıra həkimləri konqresdə iştirak edirlər.