Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ürək çatışmazlığında yeniliklər konqresi
03 İyun 2022, 22:26 - Konfranslar

Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ürək çatışmazlığında yeniliklər konqresinə yekun vurulub.

Açılış zamanı çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov tədbirin məqsədinin kardiologiyada ən çox qeydə alınan ürək çatışmazlığı xəstələrinin müalicəsi, profilaktikası sahəsində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi olduğunu deyib. Ü.Rəhimov cəmiyyətin kardiologiya sahəsində təşkil etdiyi konfranslar, həkimlər üçün EXQ kursları, həyata keçirilən sosial layihələr barəsində məlumat verib və gələcək planlardan danışıb.
2 gün davam edən tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Avropa Kardiologiya Cəmiyyətindən mütəxəssislər iştirak ediblər. Konqres Türkiyə Kardiologiya Cəmiyyəti və Avropa Kardiologiya Cəmiyyətinin dəstəyi ilə keçirilib.

Ümumilikdə iki gün ərzində 13 panel sessiyadan ibarət olan tədbirdə həmçinin akad.C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları moderator, panelist və məruzəçi şəklində iştirak ediblər.

Akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova “Xroniki ürək çatışmazlığı” sessiyasında “Möcüzənin arxasında duran nədir?” məruzəsi ilə çıxış edib.

Həmin sessiyada «Arterial Hipertenziya» elmi şöbəsinin rəhbəri, t.e.d., professor Tofiq Cahangirov “Xəstəlik yoxsa sindrom?” məruzəsi ilə çıxış edib.

Alimlərin çıxışları iştirakçılar arasında böyük marağa və müzakirələrə səbəb olub.
4-cü sessiya zamanı insititutun əməkdaşı, Dr. Mahir Bağırov “Hormon və metabolik modulyatorlar. İstifadə edək mi?” mövzusunda çıxış edib.

Tədbirin “İşemik kardiomiopatiya” sessiyası t.ü.f.d., institutun elmi katibi Təranə Cavadovanın, “HFrEF və aritmiyalar” t.e.d., professor Rufulla Abdullayevin “Kəskin ürək çatışmazlığının idarə olunması” sessiyası isə t.ü.f.d. Rafiq Yusiflinin moderatorluğu ilə keçirilmi

Paylaş:
Baxış sayı: 300