Beynəlxalq Ürək Günü
29 Sentyabr 2022, 08:00 - Mühüm tarixlər
      Sentyabr ayının 29-u “Beynəlxalq Ürək Günü” ilə bağlı akad. C. M. Abdullayev ad. Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən “Dəniz Mall” - da vətəndaşlar üçün tibbi aksiya keçirilib.
      Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən kardioloq, endokrinoloq və nevropotoloq müayinəsi keçirilərək, ürək-damar xəstəliklərinin inkişaf təhlükəsini azaltmağa yönəldən tövsiyyələri əks etdirən bukletlər paylanılıb, müraciət edənlərin arterial təzyiqi, qanda şəkərin səviyyəsi təyin edilib, profilaktik məqsədli izahatlar verilib.
      Tədbir respublika səviyyəsində, dövlət xadimləri və professor-həkim heyyətinin iştirakı ilə baş tutub, burada Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova, Respublikanın Baş kardioloqu,  t.e.d. Yusif Nağıyev, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Üzeyir Rəhimov iştirak ediblər.


Paylaş:
Baxış sayı: 691