Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova başda olmaqla müəssisənin bir qrup əməkdaşı Şəhid ailələri,Əlillər və Müharibə Veteranlarının Müdafiəsi Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar. Qeyd edək ki, Fəxri Fərman ölkə ərazisində şəhid və qazi ailələrinə göstərilən xidmət və qayğıya görə təqdim olundu.