Bu gün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və müalicə işləri üzrə direktor müavini, tibb elmləri doktoru Azad Hacıyev institutda fəaliyyət göstərən könüllülər ilə iclas keçirib. İclas zamanı rəhbərlik tərəfindən könüllülərin təklif və sualları dinlənilib, onlarla maariflandirici söhbətlər aparılıb.