Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib
27 may Cəlilabad rayonun Heydər Əliyev Mərkəzində akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib.
Konfransın açılışı himnin səsləndirilməsi ilə başlamış və daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanovun çıxışı ilə davam etmişdir.
Konfrans Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova, Dr. Elnur Azadxanov, t.ü.f.d.Təranə Cavadova, t.ü.f.d. Firuz İbrahimovun sədriliyi ilə keçirilib.
Təqdim olunan məruzələr böyük maraqla qarşılanıb və onlar ətrafında müzakirələr aparılıb.
Tədbirdə Cəlilabad və ətraf rayonlardan gələn kardioloqlar, terapevtlər, reanimatoloqlar, təcili tibbi yardım həkimləri iştirak etmişdir.
Eyni zamanda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib. Aksiya zamanı rayonlarında yaşayan qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji, nevroloji və nefrolojı müayinələrdən keçib, EKQ, ExoKQ, USM, həmçinin qanda şəkərin təyini aparılıb, pasiyentlərə müəyyən tövsiyyələr verilib.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Keçirilən tədbirin məqsədi cənub bölgəsində şəhid və qazi ailələrində ürək-damar xəstəliklərini vaxtında aşkar etmək və onların müayinə və müalicəsini təmin etməklə bərabər bölgə həkimlərinin kardiologiyada olan son nailiyyətlər və yeniliklərlə tanış etməkdir.