ETKİ tərəfindən ADNSU-da “Urəyinizi Qoruyun” adlı maarifləndirmə aksiyası keçirilib
01 Noyabr 2023, 14:00 - Konfranslar

Noyabrın 1-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Urəyinizi Qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev və ETKi-nin elmi işlər üzrə direktor müavini , tibb elmləri doktoru Rafail Daşdəmirov iştirakçıları salamlayaraq müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıblar.
Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.
Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.


Paylaş:
Baxış sayı: 335