ETKI tərəfindən hərbi hissəyə əsgər sovqatı verilmişdir
5 noyabr tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Əllilər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ bölgəsində yerləşən “N” saylı hərbi hissəyə əsgər sovqatı verilmişdir.
Zəfər Günü ilə əlaqədar keçirilən görüş zamanı ETKİ əməkdaşları bildirmişdir ki, ölkəmizdə milli ordunun hərtərəfli inkişafına, respublikamızın iqtisadi qüdrətinin daha da gücləndirilməsinə daim diqqət və qayğı göstərilir. Məhz buna görə də ordumuz regionun ən güclü Silahlı Qüvvələrinə çevrilib. Hərbi hissələrdə əsgər və zabitlərin xidməti üçün yüksək səviyyədə şərait yaradılıb. Qeyd olunub ki, ordumuzun heç nəyə ehtiyacı yoxdur. Lakin belə görüşlər xalqla ordunun birliyini nümayiş etdirir.