ETKİ tərəfindən Qarabağ Universitetində Urəyinizi Qoruyun adlı maarifləndirmə aksiyası keçirilib
04 Noyabr 2024, 16:00 - Görüşlər

ETKİ tərəfindən Qarabağ Universitetində “Urəyinizi Qoruyun” adlı maarifləndirmə aksiyası keçirilib
Noyabrın 4-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Urəyinizi Qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ETKi-nin direktoru, professor Gülnaz Dadaşova iştirakçıları salamlayaraq müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.
Qeyd edək ki, aksiya çərçivəsində ETKİ tərəfindən həyata keçirilən “Tələbə Ürək Sağlığı Layihəsi” çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib. Layihə ilkin olaraq Qarabağ Universitetində başlayıb və digər ali təhsil müəssisələrində həyata keçiriləcək


Paylaş:
Baxış sayı: 47