Gənc könüllülər Kardiologiya İnstitutunda
18 İyul 2023, 20:00 - Anonslar
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu gənc mütəxəssislərin praktiki biliklərin artırılması məqsədilə yardımçı işlərin görülməsinə tibbi könüllülərinin cəlb edilməsini elan edir.
Proqramda iştirak etmək istəyən könüllülər razılaşma əsasında fəaliyyət göstərəcək və sonda sertifikatla təmin olunacaqlar. Müəssisədə könüllülük növbəçilik prinsipi əsasında təşkil olunacaq.
Qəbul prosesi iki mərhələdə aparılır:
• I mərhələ - müsahibə mərhələsi
• II mərhələ - təlim mərhələsi


Paylaş:
Baxış sayı: 725