Gülnaz Dadaşova: 200-dən artıq şəhid ailəsi, Vətən müharibəsi veteranları kardıolojı tibbi müayinələrdən keçirilib
25 Fevral 2023, 14:00 - Mühüm tarixlər
Şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Bu qələbə şəhidlərimizin qanı, eyni zamanda, Vətən müharibəsi veteranlarımızın döyüşlərdə böyük fədakarlığı hesabına qazanlıb. Olkə başçısı dövlət qurulmarına ilk növbədə şəhid ailələrinə  qayğı və diqqət göstərməyi tapşırıb. Bu, bizim mənəvi borcumuzdur.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid ailələrinə sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları 25 fevralda Tərtər rayonunda şəhid ailələri və Vətən müharibəsi veteranları üçün növbəti tibbi-maarifləndirici aksiya keçirib. Tədbir zamanı EXO KQ, EKQ, nevroloji və endokronoloji müayinələr aparllıb.
TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbir zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi, Vətən müharibəsi veteranları ödənişsiz kardıolojı  tibbi müayinələrdən keçirilib.
Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi xəstəxana və “Servier” dərman şirkətinin dəstəyi ilə keçirilib.


Paylaş:
Baxış sayı: 1548