Gülnaz Dadaşova: Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir
01 Oktyabr 2022, 14:00 - Mühüm tarixlər
Akad. C.M.Abdullayev ad. Elmi-Tədqiqat Kardiologiya İnstitutu və  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.
1 Oktyabr – Beynəlxalq ahıllar gününə həsr edilmiş tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. 2 gün davam edən aksiya müddətində icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan müayinələrə 75 nəfər cəlb olunub.
Ahıl şəxslərin  ümumi vəziyyətlərinin dəyərləndirilməsi üçün laborator analizlər keçirilib.
Aksiya çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-endokrinoloq, həkim-nevroloq, həkim-cərrah, həkim-travmatoloq - tərəfindən də diaqnostik müayinələr aparılıb. 36 nəfər exokardioqrafiya (EXO), 50 nəfər elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması  istiqamətində analoji tədbirlərin institut tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.


Paylaş:
Baxış sayı: 432