Hörmətli əməkdaşlar!
Hər birinizi, xalqımızı, bütün dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bizim cənab Prezident, hörmətli İlham Əliyevin sayəsində bu gün özünün qızıl əsrini yaşamaqdadır.
Arzu edirəm ki, qarşıdan gələn 2025-ci il dövlətimiz üçün daha da uğurlu olsun, faciələri millətimizdən uzaq tutub yalnız sevinc dolu günlər, inkişaf və firavanlıq gətirsin!
Bayramınız mübarək olsun!
Hörmət və Sevgilərlə,
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova❤️