Institutda Elmi Şuranın növbəti iclası keçirilib
15 İyul 2023, 11:00 - İclaslar
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova gündəlikdə duran məsələlər ilə şura üzvlərini tanış edib.

Tədbirdə institut doktorantının tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Ürəyin işemik xəstəliyi və arterial hipertenziya xəstəliyi olan qadınlarda qalxanabənzər vəzin funksional vəziyyəti” mövzusunda dissertasiya işinin təkrari ilkin müzakirəsi aparılıb.

Miokard infarktı elmi şöbəsinin 2023-2024-cü illər üzrə mövzu təsdiqinə baxılıb.


Paylaş:
Baxış sayı: 163