İnstitutun əməkdaşları Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi kiçik sakinləri ilə səmərəli vaxt keçirmişdir
13 Avqust 2022, 18:00 - Tədbirlər
Akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi kiçik sakinləri ilə səmərəli vaxt keçirmişdir.
Tədbirdə ETKİ-nin direktoru, t.e.d., prof. Gülnaz Dadaşova və Mərkəzi Klinikanın İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Firdovsi İbrahimov iştirak etmişdilər.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevirilmiş uşaq və yeniyetmələr ilə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu öz dayanıqlı inkişaf məqsədləri hədəfləri çərçivəsində uşaqların sosial və hüquqi müdafiəsini təmin etmək üçün gələcəkdə də fəaliyyətini davam etdirəcəkdir.


Paylaş:
Baxış sayı: 484