"Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə 11 oktyabr "Beynəlxalq Qızlar Günü"nə həsr olunan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində müvəqqəti məskunlaşan uşaqlar və əməkdaşların təqdimatında "Kaman Səsi" tamaşa sərgi kompozisiyası keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi - Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva və digərləri iştirak etmişdir.
Kompozisiyanın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və müxtəlif növ zorakılığa məruz qalan uşaqların incəsənətə maraqlarının artırılması yolu ilə öz potensiallarının ortaya çıxarılmasına dəstək olmaqdır.