Kardiologiya İnstitutunun təşkilatçılığı ilə maarifləndirici-tibbi aksiya keçirilib
25 Noyabr 2022, 11:00 - Tədbirlər

25 noyabr “Gənclik Mall” ticarət mərkəzində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə maarifləndirici-tibbi aksiya keçirilib. ETKİ kardioloqları tərəfindən infarkt və ürək - damar sistemi (ÜDS) xəstəlikləri haqqında məlumat verilib, müayinələr aparılaraq əhaliyə çatdırlıb ki, son illərdə dünyada ÜDS xəstəliklərinin cavalanması müşahidə olunur, bu da səhv qidalanma, qeyri düzgün həyat tərzi, ətraf mühitin və ekoloqiyanın kirlənməsi ilə, həmçinin vətəndaşların vaxtında müvafiq tibbi müəssisələrində müayinələrdən keçməməsi ilə əlaqədardır.
Prof. Gülnaz Dadaşova öz müsahibəsində bildirib ki, hazırda dünyada olduğu kimi Azərbaycanda da ÜDS xestəlikləri həm rast gəlmə tezliyinə, həm də yarada biləcəyi fəsadlara görə birinci yerdədir. Hal-hazırda İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfinə daxil olan xidmətlər sayəsində, ürək xəstəliklərinin bir çoxu tam ödənişsiz şəkildə həyata keçirilir və bu ölüm sayının azalmasında müsbət dinamikaya gətirir.


Paylaş:
Baxış sayı: 354