Kardiologiya İnstitutunun təşkilatçılığı ilə paytaxtın ticarət mərkəzlərindən birində maarifləndirici tibbi aksiya keçirilib
18 Aprel 2023, 14:00 - Tədbirlər
“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə paytaxtın ticarət mərkəzlərindən birində maarifləndirici tibbi aksiya keçirilib
“Dəniz Mall” ticarət mərkəzində təşkil olunan aksiyada iştirak edən Tərtər rayonundan olan şəhid anaları əvvəlcə Kardiologiya İnstitutunda tibbi müayinlərdən keçiblər.
Kardiologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən Ramazan ayında oruc tutan şəxslərə dərmanları hansı qaydada qəbul etməyi, imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməsi haqqında ətraflı məlumat verilib.
Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.


Paylaş:
Baxış sayı: 340