Maarifləndirici-tibbi aksiya keçirilib
23 Dekabr 2022, 10:00 - Tədbirlər
23 dekabr “Gənclik Mall” ticarət mərkəzində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə maarifləndirici-tibbi aksiya keçirilib.
Mütəxəssislər tərəfindən infarkt və ürək - damar sistemi (ÜDS) xəstəlikləri haqqında məlumat verilib, müayinələr aparılaraq əhaliyə çatdırlıb ki, son illərdə dünyada ÜDS xəstəliklərinin cavanlaşması müşahidə olunur, bu da səhv qidalanma, qeyri düzgün həyat tərzi, ətraf mühitin və ekologiyanın kirlənməsi ilə, həmçinin vətəndaşların vaxtında müvafiq tibbi müəssisələrində müayinələrdən keçməməsi ilə əlaqədardır.
Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen miqdarı və şəkər miqadarı ölçülüb. Tədbir vətəndaşların böyük marağına səbəb olub.


Paylaş:
Baxış sayı: 189