Növbəti vətəndaş qəbulu keçirilib
24 Noyabr 2022, 13:00 - İclaslar

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda rəhbərlik tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

       Qəbula gələn vətəndaşların müraciətləri əsasən institutun tibbi-stasionar şöbələrində müayinə, stasionar xidmət məsələləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətlər ilə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bir sıra məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

         Qeyd edək ki, vətəndaşların qəbul edilməsi müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğununun artırılmasına xidmət edir.


Paylaş:
Baxış sayı: 240