Prof. Gülnaz Dadaşova İsveçrədə rəsmi səfərdədir
10 Dekabr 2022, 11:00 - Tədbirlər
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova İsveçrədə rəsmi səfərdədir və Sürix Universitetinin Ürək Çatışmazlığı üzrə PCHF kursuna həsr olunmuş tədbirdə iştirak edir.
Dünyanın müxtəlif ölkələrindən aparıcı alimlər iştirak etdiyi tədbirdə, “Yeni tövsiyyələr - 1 ildən sonra nə dəyişdi”, “RAAS tarixi və uğuru”, “ADVOR-dan sonra dünya”, “Kardio-Onkologiya”, “Pulmonar Hipertenziya” kimi mövzularda məruzələr təqdim edilib.
Səfər çərçivəsində ETKİ-nin direktoru İsveçrənin Sürix şəhərindəki Universitet Xəstəxanasının Ürək Mərkəzinin və Kardiologiya şöbəsinin sədri, prof. Frank Ruşıtzka ilə rəsmi görüşdə olub.


Paylaş:
Baxış sayı: 379