Professor Gülnaz Dadaşova: Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərində ümummilli lider Heydər Əliyevin və layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi və siyasi daya
26 İyun 2023, 14:00 - Mühüm tarixlər
Hörmətli həmvətənlər!
Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və müvəffəqiyyətlər arzulayıram.
Gündən-günə inkişaf edən Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan Müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə, humanizm, xeyirxahlıq və mərhəmət duyğularına bağlılığını göstərir.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərində ümummilli lider Heydər Əliyevin və layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi və siyasi dayaqları daha da möhkəmlənib.
Bayramınız mübarək olsun!
Hörmətlə,
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru: t.e.d., professor G.M.Dadaşova


Paylaş:
Baxış sayı: 113