Qazilərin sağlamlığı keşiyində durmaq borcumuzdur
06 Avqust 2022, 10:00 - Konfranslar
“Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivi daim şəhid ailələrinin, qazilərin yanında olur, onlara hərtərəfli dəstək göstərirlər. Səhiyyə müəssisəsi tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün ardıcıl olaraq tibbi aksiyalar aparılır” – bu fikirlər “Xalq” qazetinin 06.08.2022-ci ilin buraxılışında olan məqalədə qeyd olunub.
      Vurğulanıb ki, ümumillikdə Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Zaqatala, Qax, Balakən, Gədəbəy və Cəlilabad rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 600-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa – diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara şikayətlərinə uyğun olaraq, EKQ, ExoKQ və USM müayinəsi aparılıb.
      Bütün rayonlarda müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər. İndiyədək keçirilən müayinə aksiyaları yüksək səviyyədə baş tutub və yerli əhali tərəfindən məmnunluqla qarşılanıb. Bu tədbirlərlə, əsasən, aztəminatlı ailələrin müayinə üçün paytaxta gəlməsinə əngəl olan maneə aradan qaldırılır və aksiyalarla həssas kateqoriyadan olanların tibbə əlçatanlığı təmin edilir.


“Xalq qəzeti”

Paylaş:
Baxış sayı: 315