Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyalar aparılmasi davam edir
Akad. C. Abdullayev adina Elmi-Tədqiqat Kardiologiya institutu tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyalar aparılmasi davam edir.
İyul ayının 30-da Elmi -Tədqiqat Kardiologiya İnstitutu və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı və təşəbbüsü ilə qeyd edilən növbəti tibbi aksiya keçirilib.Tedbir zamanı Balakən, Qax, Zaqatala rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 100-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya yüksək səviyyədə baş tutmuş və yerli əhali tərəfindən məmnunluq ilə qarşılanmışdır.
Qeyd edək ki, tədbir "Gen İlaç" "Altes Pharm" və "Herba Flora" farmaseptik şirkətlərinin dəstəyi ilə keçirilib.