2022- ci ilin aprel ayından etibarən Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə ölkə ərazisində şəhid və qazi ailələri üçün tibbi-maarifləndirici aksiyalar keçirdir. Bunun nəticəsində artıq 1000-ə yaxın həssas kateqoriyaya aid olan vətəndaşlar bu müayinədən keçirilib. Aksiyalar Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Şamaxı, Ağsu, Qobustan, Zaqatala, Şəki, Quba, Qusar, Xaçmaz və Gədəbəydə keçirilib.
Qeyd edək ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Məhz bu siyasəti rəhbər tutaraq Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları şəhid ailələri ve qazilər üçün tədqirəlayiq addımlar atıb.