Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən tərtib olunan və artıq elektron nüsxəsi təqdim edilən Journal of Heart Disease and Therapy tibb jurnalınının təqdimatı keçirilib.
24 Oktyabr 2024, 14:00 - Tədbirlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən tərtib olunan və artıq elektron nüsxəsi təqdim edilən “Journal of Heart Disease and Therapy” tibb jurnalınının təqdimatı keçirilib.
Jurnal haqqında məlumat verən ETKİ-nin direktoru, jurnalın baş redaktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, “Journal of Heart Disease and Therapy” tibb jurnalı, ürək xəstəlikləri və terapiyası sahəsində elmi məqalələrin nəşr olunduğu beynəlxalq səviyyəli peer-review jurnaldır. Jurnalımızın əsas məqsədi Azərbaycanda tibbi elmi araşdırmaları dəstəkləmək və mütəxəssislərin yazdıqları məqalələri geniş auditoriyaya çatdırmaqdır.
Daha sonra ETKİ-nin böyük elmi işçisi, kardiocərrah, t.ü.f.d., redaktor köməkçisi Vüsal Hacıyev qeyd edib ki, birinci cild kardiologiya tədqiqatını və klinik təcrübəni inkişaf etdirmək öhdəliyimizdə olan mühüm mərhələni qeyd edir. Bütün xidmətlər Kardiologiya İnstitutunun peşəkar komandası tərəfindən həyata keçirilir.
Qeyd olundu ki, məqalələrin copy-editing xidməti tamamilə pulsuzdur və əlavə olaraq, yazılarınızın ingilis dilinə tərcüməsi də ödənişsiz olaraq təmin edilir. Bu, beynəlxalq aləmdə daha geniş tanınmaq istəyən müəlliflər üçün böyük bir fürsətdir. Həmçinin, məqalələrin nəşr edilməsi də pulsuzdur, bu da jurnalımızın yazıçıları dəstəkləmək üçün göstərdiyi daha bir addımdır.


Paylaş:
Baxış sayı: 96