Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib .
Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova ilin nəticələri haqqında danışdı. Daha sonra elmi şöbələrin 2024-cü il üçün hesabatları dinlənildi. “Arterial Hipertenziya”, “Ürək çatışmazlığı” və “ÜDX Reabilitasiyası” şöbələrinin hesabatları
qəbul edildi şura tərəfindən.
Daha sonra Kardiosinerji” elmi tədqiqat qrupunun əsasnaməsinin təsdiqi haqqında məsələyə baxıldı.
Elmi şöbə rəhbərlərinə bu istiqamətdə müəyyən tapşırıqlar verilib, geniş müzakirə aparılıb, təkliflər dinlənildi.
Sonda qeyd olunmuş məsələlər ilə bağlı qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.