Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə oktyabrın 4-7-də Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi keçirilir Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri və “ETKİ könüllüləri” işti
09 Oktyabr 2024, 15:00 - Konfranslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə oktyabrın 4-7-də Bakıda Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi keçirilir
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri və “ETKİ könüllüləri” iştirak edirlər.
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasından tibb müəssisələrinin, peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
Konqresinin rəsmi açılış mərasimi oktyabrın 7-də keçirilib. Açılışda giriş sözü ilə çıxış edən ETKİ-nin direktoru, Konqresin sədri, professor Gülnaz Dadaşova tədbir iştirakçılarını salamlayaraq, Konqresin vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi və bundan əvvəl apreldə baş tutan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin bu sahədə münasibətlərin yeni mərhələyə keçdiyinin və Türk Dövlətləri Təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”. Həmçinin qeyd edilib ki, qürurverici haldır ki, konqres 8 oktyabr Şuşada Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin dördüncü iclası ərəfəsində və çərçivəsində keçirilir.
Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner vurğulayıb ki, tədbir Türk Dünyasından olan mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və müalicədə göstərilən tibb xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, Konqresin proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, klinik təcrübədən olan hallar əsasında klinik debatlar daxildir.
Açılış mərasimində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan müəssisə rəhbərləri öz çıxışlarında konqresin vacibliyini qeyd edib, tədbirin işinə uğurlar arzu ediblər.
3 gün davam edən Konqresə 1000-dən artıq yerli və xarici mütəxəssislər qatılıb.
Konqres Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 30 DTT kredit balı ilə qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 40