Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, institutun professor və həkim heyəti 30 avqust - 2 sentyabr tarixində Londonda keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Konqresi 2024-də (ESC2024) iştirak ed
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, institutun Arterial hipertenziya şöbəsinin müdiri, professor Tofiq Cahangirov və Ürək çatışmazlığı şöbəsinin müdiri, t.ü.f.d. Mədinə Əzimova 30 avqust - 2 sentyabr tarixində Londonda keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Konqresi 2024-də (ESC2024) iştirak ediblər.
Dünya kardiologiya ictimaiyyəti bilik və təcrübə mübadiləsi üçün bir araya toplaşdığı tədbirdə proqram gündəlik kardiologiya praktikasını təkmilləşdirmək üçün nəzərdə tutulub.
ESC 2024-ün proqramı nəticələri yaxşılaşdırmaq, riskləri azaltmaq və qayğı standartlarını yenidən müəyyən etmək üçün fərdiləşdirilmiş qayğı vasitəsilə xəstələrin səlahiyyətlərinin artırılmasına yönəlmiş “Ürək-damar Baxımını Fərdiləşdirmə” mövzusunda aparılır.
Konqresdə 150 ölkədən olan 31 min nəfərin iştitakı qeydə alınıb və 500 ekspert sessiyası nəzərdə tutulur.
Baxış sayı: 123