Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova İsveçrənin Bazel şəhərində 13-cü Beynəlxalq “ProCardio 2024” adlı kardioloji konqresində iştirak edir.
03 Oktyabr 2024, 12:00 - Konfranslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova İsveçrənin Bazel şəhərində 13-cü Beynəlxalq “ProCardio 2024” adlı kardioloji konqresində iştirak edir.
3-4 oktyabr tarixində keçirilən proCardio tədbirində aparıcı mütəxəssislər tərəfindən təqdimatlar nümayiş olunub. Bu təqdimatlar əsas elm, profilaktika, diaqnoz, terapiya, innovasiya, tətbiqetmə, tibbi siyasət, həmçinin vacib mövzular və qarşılanmamış tibbi ehtiyaclar da daxil olmaqla geniş müzakirələri əhatə edib.
Tədbirdə 45 xarici ölkədən 275 nəfər aparıcı mütəxəssis iştirak edib.
Mütəxəssislərin qeydlərinə görə, proCardio kardiologiya sahəsində yeni ideyaların, innovativ həllərin və qarşılanmamış tibbi ehtiyacların müzakirəsini asanlaşdırmaq, diaqnostikanın yeni metodlarını öyrənmək üçün elmi platforma üzərində qurulub.


Paylaş:
Baxış sayı: 144