Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Uşaqlar İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin kiçik sakinləri ilə görüş keçirilib.
İnstitut kollektivi mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevrilən uşaq və yeniyetmələr ilə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.