Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Ürək-damar xəstəliklərinin - Kardioreqistrin təşkil edilməsi mövzusunda dəyirmi masa keçirilib
31 Yanvar 2025, 15:00 - Tədbirlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Ürək-damar xəstəliklərinin - Kardioreqistrin təşkil edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Aparıcı mütəxəssislərin iştirakı ilə baş tutan tədbir ETKİ-nin direktoru, professor Gülnaz Dadaşovanın açılış nitqi ilə başlayıb. “Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin Kardioreqistrinin aparılması – mövcud vəziyyət” mövzusunda çıxış edən direktor qeyd edib ki, Azərbaycanda reyestr sisteminin qurulması tibbi xidmətlərin keyfiyyətini artıracaq və gələcəkdə geniş miqyaslı məlumat bazaları qurularaq ürək-damar xəstəliklərinin idarə olunması təkmilləşdirilə bilər.
Tədbirdə “Avropada kardioreqistrin aparılması təcrübəsi” mövzusunda çıxış edən t.ü.f.d. Vüsal Hacıyev və “Xəstəliklərin reqistrinin yaradılması üçün nədən başlamalıyıq?” mövzusunda çıxış edən Yusif Nağıyev digər ölkələrin bu sahədə təcrübəsi haqqında məlumat verərək, qeyd ediblər ki - dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq bu sistemin uğurlu tətbiqini təmin edə bilər.
Təqdimatların sonunda geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.


Paylaş:
Baxış sayı: 7