Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən həyata keçirilən Azərbaycanda ilk dəfə olaraq Qarabağ Universitetində Tələbə Ürək Sağlığı Layihəsi öz işinə başladı
06 Noyabr 2024, 16:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən həyata keçirilən Azərbaycanda ilk dəfə olaraq Qarabağ Universitetində Tələbə Ürək Sağlığı Layihəsi” öz işinə başladı
Belə ki, ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Urəyinizi Qoruyun” layihəsi çərçivəsində maarifləndirmə və tibbi baxış aksiyası keçirilib.
Qeyd edək ki, aksiya çərçivəsində ETKİ tərəfindən həyata keçirilən “Tələbə Ürək Sağlığı Layihəsi” çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.
Layihə ilkin olaraq Qarabağ Universitetində başlayıb və digər ali təhsil müəssisələrində həyata keçiriləcək.
Tədbir haqqında məlumat verən ETKi-nin direktoru, professor Gülnaz Dadaşova müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında təqdimatlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ürək-damar sisteminin xəstəliklərini risk faktorlarını gənclik yaşından aşkar edib onları nəzarətdə saxlamaq, müvafiq tibbi və sosial tədbirlər vasitəsilə bu faktorlarının aradan qaldıraraq, sağlam genofond və sağlam Azərbaycan naminə fəaliyyəti davam etdirməkdir.


Paylaş:
Baxış sayı: 44