Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Diastolik disfunksiyanın ürəyin işemik xəstəliyində rolu mümkündürmü?” mövzusunda seminar keçirildi. Professor Rufulla Abdullayevin rəhbərliyi ilə keçən seminarın məruzəçisi t.ü.f.d İbrahimov Firuz olmuşdur. Seminarın sonunda geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.