Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda elmi seminar keçirildi. “Arterial hipertenziyanın müalicəsində nələri əldə etmişik” mövzusunda seminarın sədri t.e.d Xəlilov Ariz olmuşdur. Simpoziumun məruzəçiləri t.ü.f.d Cavadova Təranə “Arterial Hipertenziyanın müalicəsində kalsium kanal blokatorlarına müasir baxış” və t.ü.f.d. Yusifov Təvəkkül “Arterial Hipertenziyanın müalicəsində yeni yanaşmalar” mövzularında çıxış ediblər. Təqdimatın sonunda geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.