Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib .
Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova ilin nəticələri haqqında danışdı. Daha sonra elmi şöbələrin 2024-cü il üçün hesabatları dinlənildi.
institutunun elmi işlər üzrə direktor müavini R.L.Daşdəmirovun “Ürək qan damar sisteminin az rast gəlinən və nadir xəstəlikləri” mövzusunda monoqrafiyası haqqında məlumat verildi, təklif və iradlar dinlənildi.
Gündəlikdə olan digər məsələ ürək-damar xəstəliklərinin epidemiloji Registrinin hazırlanması olub.
Həmçinin şurada Lipid, Ürək-damar xəstəlikləri və digər məktəblərin yaradılması və fəaliyyəti haqqında debatlar aparıldı.
Elmi şöbə rəhbərlərinə qeyd edilən istiqamətdə müəyyən tapşırıqlar verilib, geniş müzakirə aparılıb, təkliflər dinlənildi.
Sonda qeyd olunmuş məsələlər ilə bağlı qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.