Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
11 Avqust 2024, 10:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən ETKİ-nin direkoru, professor Gülnaz Dadaşova könüllü fəaliyyətinin sevindirici hal olduğunu bildirərək, qeyd edib ki, könüllülük çərçivəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib.
Çıxışının sonunda professor könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatlar təqdim olunub.


Paylaş:
Baxış sayı: 110