Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, invaziv həkim kardioloqu Rasim Cəfərov İtaliyanın “Humanitas” Universitetinin “Humanitas”Tədqiqat Xəstəxanasında bir həftəlik müşahidə proqramında iştirak edib. İşlədiyi müddətdə o, kateoloji laboratoriyada iştirak etdi və koronar arteriya xəstəliyinin, struktur ürək xəstəliyi kimi proqramlarına müşahidəçı olaraq qatılıb.
Həmçinin həkim 19-22 fevral tarixində İtalyada keçirilən “JIM GISE 2025” konqresində iştirak edib. Konqresdə aparıcı mütəxəssislərin iştirakı ilə canlı keyslər, qeydə alınmış keyslər və unikal praktik təhsil məzmunu təqdim olunub.