Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, invaziv həkim kardioloqu Rasim Cəfərov İtaliyanın “Humanitas” Universitetinin “Humanitas”Tədqiqat Xəstəxanasında invaziv kardiologiya kateter labaratoriyasında müşahidəçi qismində 2 həftəlik kurs proqramında iştirak etmişdir. Kurs dünya şöhrətli invaziv kardioloq, professor Antonio Kolombonun, həmçinin Dr. Bernard Reymers, Dr. Qabriel Qasparini və Dr. Damiano Regazolinin rəhbərlikləri ilə keçirilib.