Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın rəhbərliyi ilə ETKİ-nin həkim heyəti 30 avqust - 2 sentyabr tarixində Londonda keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Konqresi 2024-də (ESC2024) iştirak
02 Sentyabr 2024, 15:00 - Konfranslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın rəhbərliyi ilə ETKİ-nin həkim heyəti 30 avqust - 2 sentyabr tarixində Londonda keçirilən Avropa Kardiologiya Cəmiyyətinin Konqresi 2024-də (ESC2024) iştirak ediblər.
Tədbirin çərçivəsində Türk Dövlətlərinin nümayəndə heyətləri və kardioloji cəmiyyətlərin rəhbərləri ilə kardiologiya sahəsində bir sıra məsələlər müzakirə olunub. Azərbaycandan olan mütəxəssislərin çıxış və təqdimatları xüsusi maraq yaradıb və mövzular ətrafında müzakirələr aparııb.
Konqresdə 150 ölkədən olan 31 min nümayəndə iştirak edib və 500 ekspert sessiyası nəzərdə tutulub.


Paylaş:
Baxış sayı: 24