Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən oktyabrın 4-7-də Bakıda Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresi keçirilir. Konqres çərçivəsində 4 oktyabr Mərkəzi Klinikada “Kardioonkologiya – Kardiak Görüntüləmə” adl
04 Oktyabr 2024, 15:00 - Görüşlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən oktyabrın 4-7-də Bakıda Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresi keçirilir.
Konqres çərçivəsində 4 oktyabr Mərkəzi Klinikada “Kardioonkologiya – Kardiak Görüntüləmə” adlı kurs öz işinə başlayıb.
Leyla Ələkbərova, Şəfa Şahbazova, Zöhrə Abbasova, Günel Abdiyeva, Rəna Hüseynovanın moderatorluğu ilə keçən kurs zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların effektivliyi və əhəmiyyəti mövzularında interaktiv şəkildə müzakirə edilib.
Kurs Səhiyyə Nazirliyi tərəfindən 4 DTT olaraq qiymətləndirilib.
“Stress Exokardioqragiya Doputaminlə” adlı kursda Dobutamin stress EXO müayinəsi nədir, kimlərə aparılır kimi mövzularda nümayişlər təqdim olunub. Kurs Səhiyyə Nazirliyi tərəfindən 4 DTT olaraq qiymətləndirilib. Kursların ilk gününə 200-dən artıq həkim qatılıb.
Beynəlxalq Konqres öz işini digər kurslar və elmi sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, Türk Dövlətlərinin Birinci Kardioonkoloji Konqresinin rəsmi açılış mərasimi oktyabrın 7-də keçiriləcək. Ümummilikdə konqres Səhiyyə Nazirliyi tərəfindən 30 DTT balı qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 55